UEFA “Neftçi”, “Qəbələ” və “Zirə”yə pul köçürdü
12.08.2022 - 13:03

“Neftçi”, “Qəbələ” və “Zirə”nin Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə qazancı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, adıçəkilən klublara UEFA tərəfindən ayrılmış pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb.
İlk dueldəcə avrokuboklarla vidalaşan “Qəbələ” ilə “Zirə” 450 min avroluq gəlir əldə edib. “Neftçi”də isə bu məbləğ 100 min avrodur. Ancaq “ağ-qaralar” III raunda qədər irəlilədiyindən, bir müddət sonra yenidən hesabına pul köçürməsi olacaq.
0
0