Uruqvaylı futbolçu İspaniya vətəndaşlığı aldı
08.03.2023 - 19:58

"Barselona"nın mərkəz müdafiəçisi Ronald Arauxo İspaniya vətəndaşlığı alıb.
Apasport.az xəbər verir ki, Uruqvay millisinin futbolçusu İspaniya vətəndaşı olmaq üçün 2022-ci ilin dekabrında təsdiq alıb. O, ötən həftə vətəndaşlıq üçün lazımi sənədlərini əldə edib.
Qeyd edək ki, atası Uruqvaydan, anası Braziliyadan olan Ronald Arauxo 2018-ci ildən İspaniyada oynayır və vətəndaşlıq almaq üçün 5 ilini tamamlayıb.
0
0