Üzgüçülərimiz daha 2 medal qazandılar
29.06.2024 - 09:58

Azərbaycan üzgüçüləri Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 1 gümüş və 1 bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, Süleyman İsmayılzadə 200 metr məsafədə sərbəst üsulla gümüş, Oqtay Hüseynov 400 metr məsafədə qarışıq üsulla bürünc medal qazanıb.
Qeyd edək ki, iyunun 30-da hər iki üzgüçümüz 400 metr məsafədə sərbəst üsulla çıxış edəcək.
0
0