Vaqif Cavadov diskvalifikasiya olundu
07.09.2023 - 12:44

AFFA İntizam Komitəsi "Sumqayıt" klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadovu cəzalandırıb.
Apasport.az saytının məlumatına görə, millinin sabiq futbolçusu “Neftçi-2” oyunu bitdikdən sonra hakimin qərarına etiraz etdiyi üçün barəsində ölçü götürülüb.
Cavadov birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun diskvalifikasiya edilib, “Sumqayıt-2”ni 150 manat cərimələyib.
0
0