Vasili Berezutski: “Çox maraqlı oyun alındı”
22.02.2025 - 21:04
Vasili Berezutski: “Çox maraqlı oyun alındı”

Misli Premyer Liqasının XXIV turunun "Qarabağ" - "Sabah" matçından (1:1) sonra qonaqların baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib.

"Çox maraqlı oyun alındı. Hava şəraiti kəskin olsada, hər iki tərəf qarşılıqlı hücumlar edirdi. "Qarbaağ"ın da, sonlarda bizim fürsətlərimiz oldu. Onları vursaydıq, qalib gələrdik. "Qarabağ" kimi rəqiblə matçdakı heç-heçədən razıyam".

- Hücum mövqeyində oynayan oyunçularınız sanki epizodlar zamanı konsentrasiyalı deyildi. Səbəbi nədir?
- Məşqlərdə bizim qədər hücumu sonlandırmasını işləyən komanda yoxdur. İnanıram ki, keyfiyyətə gətirib çıxaracağıq. Komandamın müdafiədən topla çıxmasından narazı qaldım. qısa paslar zamanı itkilərimiz oldu. 

- Burada futbolçu kimi oynamısız, indi isə baş məşqçi kimi komandanızı oyuna çıxardınız. Hansı hissləri keçirdiz?
- Bura gəlməmişdən qabaq analitiklə danışdıq ki, burada oynamışam, ya yox. Yadımda qalan odur ki, "Neftçi" - ÇSKA matçında ehtiyatda oturmuşdum. Azərbyacan - Rusiya matçı yadımdadır. Əfsanəvi Tofiq Bəhramov stadionunda oynamaq, baş məşqçi kimi matça çıxmaq xoşdur.

ÇSKA-da işləyəndə Kadi Borges "Krasnodar"a qarşı oynayıb. Onun haqqında hansı fikirdəsiz?
- Kadi çox keyfiyyətli oyunçudur. Rusiya Premyer Liqasında ən azından 10 komandanın heyətində start heyətində oynaya bilər.