Vieyra Juninyo “Qarabağ”da
25.06.2023 - 23:41

Azərbaycan çempionu “Qarabağ” heyətini legioner futbolçu ilə gücləndirib.
Apasport.az saytı xəbər verir ki, Ağdam klubu Vieyra Juninyo ilə müqavilə imzalayıb.
Brazilyalı yarımmüdafiəçi Portiqalyanın “Çaveş” klubundan gəlib. O, 2020-ci ildən bu komandanın şərəfini qoruyub. Onun komanda ilə 2024-cü ilin yayınadək müqaviləsi olsa da, “Qarabağ”a oynamağa razılıq verib.
Qeyd edək ki, Juninyo Portuqaliya çempionatının 2022/23 mövsümündə “Çaveş”in heyətində 30 oyunda 4 qol vurub.
0
0