Xanım basketbolçularımızın ilk sınağı-YENİLƏNİR
09.11.2023 - 12:24

Bu gün qadın basketbolçulardan ibarət Azərbaycan yığması 2025-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, C qrupunda yer alan millimiz səfərdə Litvanın qonağı olacaq.
Avropa çempionatında debüt edəcək komandamız ilk oyununda xal qazanmağa iddialıdır. Vilnüsdə keçiriləcək matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Qeyd edək ki, qrupun ilk matçında Polşa səfərdə Belçikaya 67:62 hesabı ilə qalib gəlib.
AVRO-2025
Seçmə mərhələ
I tur
21:30.Litva – Azərbaycan
Vilnüs. Jeep Arena”
0
0