Yığmamız Antalyada 2 yoxlama oyunu keçirəcək - RƏQİBLƏR
10.02.2023 - 18:11

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Antalyada təlim-məşq toplanışı olacaq.
Apasport.az saytının məlumatına görə, martın 20-27-də təşkil olunacaq hazırlıq çərçivəsində yığmamız iki yoldaşlıq oyunu keçirəcək.
Samir Əliyevin yetirmələri martın 23-də Albaniya, 26-də isə Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
0
0