Yığmamız “Dalğa Arena”da uduzdu
27.03.2023 - 20:17

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Bakıda təlim-məşq toplanışını başa vuran yığmamız Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə görüşüb.
Matç “Dalğa Arena”da baş tutub. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində 49-cu dəqiqədə Sənan Ağalarov fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyun 0:0 hesabı ilə başa çatıb.
0
0