Zaha "Qarabağ"la matçı buraxa bilər
30.09.2024 - 14:18

Fransanın “Lion” komandasının futbolçusu Vilfrid Zaha Avropa Liqasının əsas mərhələsində “Qarabağ”a qarşı keçiriləcək oyunu buraxa bilər.
Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi kot d-ivuarlı yarımmüdafiəçinin performansından narazıdır.
Bu səbəblə 32 yaşlı forvardın heyətdən uzaqlaşdırılacağı gözlənilir.
Zaha Fransa klubuna ötən ay Türkiyənin “Qalatasaray” komandasından icarə əsasında keçib.
Qeyd edək ki, noyabrın 28-də Bakıda keçiriləcək “Qarabağ” – “Lion” qarşılaşması saat 21:45-də start götürəcək.
0
0