Zeynəb Rəhimova Avropa Oyunlarında mübarizəni dayandırdı - FOTO
24.06.2023 - 20:24

Azərbaycan boksçusu Zeynəb Rəhimova Polşada keçirilən III Avropa Oyunlarında ilk döyüşünü keçirib.
Apasport.az saytının məlumatına görə, 54 kq çəkidə mübarizə aparan idmançı 1/16 final çərçivəsində Lenuta Periyoçlə (Rumıniya) üz-üzə gəlib.
Döyüş rəqibin qələbəsi ilə yekunlaşıb. Təmsilçimiz yarışla erkən vidalaşıb.
Qeyd edək ki, axşam seansında daha 2 boksçumuz mübarizəyə qoşulacaq. Murad Allahverdiyev Kevin Şumannla (Almaniya), Alfonso Dominqes (92 kq) Yan Zakla (İsrail) münasibətinə aydınlıq gətirəcək.
0
0