“Zirə” – “Kəpəz” oyununda dəyişiklik
08.08.2023 - 22:23

Misli Premyer Liqasında 2-ci turunun bir oyununda dəyişiklik edilib.
Apasport.az-ın məlumatına görə, “Zirə” – “Kəpəz” qarşılaşması nəzərədə tutulduğu kimi 18:30-da başlamayacaq.
Avqustun 12-də Zirə İdman Kompleksində təşkil olunacaq oyun saat 21:00-da start götürəcək.
Qeyd edək ki, “Zirə” ilk turda “Qarabağ”, “Kəpəz” isə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəlib.
0
0