
UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Zirə” - “Omoniya”(Kipr) oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.
Apasport.az qrafiki təqdim edir:
“Zirə” PFK
28 avqust
18:00 “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı (“Dalğa Arena”)
18:45 Media üçün açıq məşq (“Qarabağ Arena”)
“Omoniya” (Kipr)
28 avqust
18:45 “Omoniya”nın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransı (“Dalğa Arena”)
19:30 Media üçün açıq məşq (“Dalğa Arena”)
Hər iki komandanın məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.