“Zirə” Premyer Liqanı bürünc medalla bitirdi - İLK
21.05.2022 - 18:54

Azərbaycan Premyer Liqasında bürünc mükafatçı bəlli olub.
Apasport.az saytının məlumatına görə, 3-cü yerin taleyinə son tur aydınlıq gətirib.
XXVIII turda “Şamaxı”nı qəbul edən “Zirə” bu oyundakı heç-heçədən (0:0) sonra 47 xalla 3-cü olub. “Sabah”la ev görüşündə qələbəni son dəqiqələrdə əldən verən (1:1) “Qəbələ isə 45 xalla 4-cü sırada qalıb.
Bu, “Zirə”nin tarixində ilk bürünc, ümumilikdə ikinci mükafat olub. Yeganə gümüşü 2015/16 mövsümündə qazanan bakılılar 6 ildən sonra fəxri kürsüyə qayıdıb.
Qeyd edək ki, “Qarabağ” qızıl, “Neftçi” gümüş medalı öncədən təmin edib.
- Ermənistan dünya çempionatına ev sahibliyindən məhrum edilə bilər
- Santos: “Sabah”ın vurduğu qolda qapıçımıza kobudluq vardı” - MÜSAHİBƏ
- "Zirə" və "Şerif" arasında keçiriləcək cavab matçının hakimləri də bəlli olub
- Qətər əmiri "Mançester Yunayted"i almaq istəyir
- “Qalatasaray” UEFA-ya iştirak ərizəsini göndərib
0
0