"Zirə" qış məşqlərinə başladı - FOTO
04.01.2024 - 12:57

"Zirə" qış məşqlərinə Bakıda start verib.
Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, komanda dünən Bakı Olimpiya Stadionunun köməkçi meydançasında 2024-cü ilin ilk məşqlərinə başlayıb.
Qeyd edək ki, Rəşad Sadıqov komandasını yanvarın 10-da “Araz-Naxçıvan”, 15-də isə “Qarabağ”la sınayacaq.
0
0