
“Zirə” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Şerif”i qəbul edəcək.
Apasport.az xəbər verir ki, oyundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.
İyulun 14-də saat 17:30-da “Dalğa Arena”da “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı başlayacaq. Həmin gün 18:45-də isə “Qarabağ Arena”da komandamızın media üçün açıq məşqi keçiriləcək.
“Şerif”in baş məşqçisi Yuri Huranın mətbuat konfransı 18:30-da başlayacaq. Saat 19:00-da moldovalılar media üçün açıq məşqə çıxacaqlar.
Qeyd edək ki, “Zirə” – “Şerif” matçı iyulun 18-də saat 20:00-da start götürəcək.