"Zirə" - "Şerif" matçının biletləri satışa çıxır
13.07.2024 - 20:16

UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Şerif” (Moldova) oyununun biletləri sabah - iyulun 14-ü saat 12:00-dan satışa çıxarılacaq.
Apasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir.
Satış məntəqələri:
“Zirə İdman Kompleksi”
“Dalğa Arena”
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.
0
0