“Zirə” yeni futbolçu ilə anlaşıb
01.07.2024 - 19:00

Ölkə kubokunun finalçısı “Zirə” yeni futbolçu ilə anlaşıb.
Apasport.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.
Ange Mutsinzi Norveçin “Jerv” klubundan transfer olunub. Ruandalı müdafiəçi ilə 3 illik müqavilə bağlanılıb.
26 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Muhanqa”, “Rayon Sports”, APR, Portuqaliyanın “Trofense” klublarında çıxış edib. Ange Ruanda millisində 20 matça çıxıb.
0
0