“Zirə”dən əzmkar qələbə
09.01.2025 - 18:37

“Zirə” və “Şamaxı” komandaları yoxlama oyununda qarşılaşıblar.
Apasport.az xəbər verir ki, görüş Zirə İdman Kompleksinin stadionunda baş tutub.
Matçda hesabı qonaqlar açıb. Lakin qəsəbə təmsilçisi üç qol vuraraq qələbə qazanmağı bacarıb - 3:1.
Qeyd edək ki, "Zirə" fasilədə daha bir matç keçirəcək. Komanda yanvarın 12-də “Qarabağ”la üz-üzə gələcək.
Yoxlama oyunu
9 yanvar
16:00. “Zirə” – “Şamaxı” - 3:1
Zirə İdman Kompleksi
0
0