“Zirə”dən yeni transfer
29.11.2022 - 14:38

“Zirə” yeni futbolçu ilə anlaşıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı klubu Pərviz Azadovu heyətinə qatıb. 22 yaşlı yarımmüdafiəçi ilə 2,5+1 illik müqavilə imzalanıb. Əldə edilmiş razılığa görə, sözləşmə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Pərviz Azadov daha əvvəl “Şamaxı”nın şərəfini qoruyub.
0
0