"Zirə"nin avrokuboklardakı rəqibi müəyyənləşdi
18.06.2024 - 17:28

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Zirə" klubunun I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə görə, Bakı klubu ilk təsnifat mərhələsində Moldovanın "Şerif" komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-də, cavab matçları isə 18-də keçiriləcək.
0
0