“Zirə”nin futbolçusu diskvalifikasiya edilib
12.12.2024 - 18:51

"Zirə"nin futbolçusu Ramin Abdullayev diskvalifikasiya edilib.
Apasport.az xəbər verir ki, buna “Kəpəz-2” - “Zirə-2” oyunu bitdikdən sonra baş verənlər səbəb olub.
Qəsəbə klubunun ikinci komandasının futbolçusu hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. AFFA-nın İntizam Komitəsi Abdullayevi 4 oyun cəzalandırıb. Paytaxt klubu 300 manat cərimə edilib.
0
0