“Zirə”nin rəqibləri müəyyənləşdi
28.12.2023 - 14:24

“Zirə”nin qış təlim-məşq toplanışının proqramı məlum olub.
Apasport.az xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Komanda yanvarın 3-də bir araya gələcək. Hazırlığını Bakıda keçəcək “Qartallar” toplanış müddətində 2 yoxlama oyunu keçirməyi planlaşdırıb.
Qəsəbə klubu yanvarın 10-da “Araz-Naxçıvan”, 15-də isə “Qarabağ”la qarşılaşacaq. “Zirə” daha sonra Misli Premyer Liqasının 19-cu turunda “Səbail”ə qarşı keçirəcəyi oyuna hazırlaşacaq.
0
0