ABL: IV tur bu gün başlayır
26.11.2024 - 09:31

Azərbaycan Basketbol Liqasında bu gün IV tura start veriləcək.
Apasport.az xəbər verir ki, günün yeganə matçında "Abşeron" klubu "Naxçıvan"la üz-üzə gələcək.
Qarşılaşma saat 19:00-da start götürəcək. A qrupunda yer alan komandalardan Naxçıvan təmsilçisi 6 xalla ikinci pillədə qərarlaşıb. 4 xala malik "Abşeron" beşincidir.
Qeyd edək ki, turun digər matçları 29-30 noyabr və 1 dekabrda baş tutacaq.
0
0