"Abşeron" heyətini yeni oyunçu ilə gücləndirib
23.09.2024 - 13:55

"Abşeron" basketbol klubu heyətini gücləndirib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, amerikalı hücumçu Villiam Cenkinslə 1 illik müqavilə imzalanıb.
Son olaraq İrlandiya təmsilçisi "Vincent Dublin"də çıxış edən 28 yaşlı basketbolçu ölkəsi ilə yanaşı, Avstraliya və Lüksemburqda da çıxış edib.
0
0