Azərbaycan millisinin mövqeyi dəyişməyib
12.08.2024 - 14:58

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb.
Apasport.az xəbər verir ki, cədvəldə dünyanın ən yaxşı 30 komandası yer alıb.
Azərbaycan millisi dünyada 14-cüdür. Yığmamızın hesabında 252,508 xal var. Komandamız son reytinqlə müqayisədə 5,356 xal itirsə də, mövqeyini qoruyub.
Qeyd edək ki, cədvələ Kanada başçılıq edir – 568,520. Niderland (469,166) ikinci, Fransa (448,052) üçüncüdür.
0
0