Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır
12.04.2024 - 10:41

Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində ilk oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, millimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ilk günündə Çili ilə üz-üzə gələcək.
B qrupu çərçivəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 13-də Monqolustan və Hollandiya yığmaları ilə münasibətləri aydınlaşdıracaq.
0
0