Basketbol Liqasında yarımfinal oyunlarının tarixləri açıqlandı
06.05.2024 - 14:18

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin oyunlarının tarixləri dəqiqləşib.
Apasport.az xəbər verir ki, oyunlar mayın 7, 8, 10 və 11-də keçiriləcək.
Yarımfinallarda iki qələbə qazanan klublar finala yüksələcəklər. Komandalar hərəyə bir qələbə qazanacağı təqdirdə, mayın 13-də seriyanın üçüncü oyunları baş tutacaq.
Qeyd edək ki, qarşılaşmalar "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.
Azərbaycan Basketbol Liqası
Yarımfinal mərhələsi
7 may
19:30. "Sabah" - "Xırdalan"
8 may
19:30. "NTD-İndiqo" - "Xəzri"
10 may
19:30. "Xırdalan" - "Sabah"
11 may
19.30. "Xəzri" - "NTD-İndiqo"
0
0