Basketbol millimiz Avropa çempionatında final oyununa çıxacaq
28.07.2024 - 11:25

Bu gün 18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının C divizionunda son matçını keçirəcək.
Apasport.az xəbər verir ki, milli komandamız yarışın final oyununa çıxacaq.
Buna qədər keçirdiyi bütün görüşlərdə qalib gələn yığmamız meydan sahibi Kosova ilə görüşəcək. 3-cü yer uğrunda oyunda isə Albaniya və Kipr qarşılaşacaq.
Qeyd edək ki, Evren Alkayanın komandası çempionluq uğrunda görüşə Bakı vaxtı ilə saat 21:30-da çıxacaq.
0
0