Basketbolçularımız Dublinə yollanıblar
19.11.2024 - 18:28

Bu gün kişi basketboçulardan ibarət Azərbaycan yığması İrlandiyaya yola düşüb.
İdman.biz xəbər verir ki, millimiz Dünya kubokunun ilkin təsnifat mərhələsi çərçivəsində yerli komanda ilə qarşılaşacaq.
Qrup mərhələsinin 3-cü turu çərçivəsində oyun Dublindəki "Tallaght Arena"da keçiriləcək.
Qeyd edək ki, noyabrın 21-də Bakı vaxtı ilə saat 21:00-da start götürəcək oyun CBC Sport telekanalında vasitəsilə yayımlanacaq.
0
0