Bu gün Qubada beynəlxalq basketbol turniri başlayacaq
20.07.2024 - 13:53

Bu gün qadınlar arasında keçirilən 3x3 basketbol üzrə Qadın Seriyasının Quba mərhələsinə start veriləcək.
Apasport.az xəbər verir ki, yarışda 8 komanda 2 qrupda mübarizə aparacaq.
A qrupunda “Baku Fleyms”, Avstraliya, Niderland, Çin U-24, B qrupunda isə Çexiya, Filippin, İran və “Düsseldorf Zoos” (Almaniya) komandaları yer alıblar.
Quba mərhələsinin açılış oyunu bu gün Azərbaycan təmsilçisi “Baku Fleyms”lə Niderland yığması arasında baş tutacaq. Qarşılaşma saat 16:30–da start götürəcək.
Qeyd edək ki, Dünya Seriyasının Quba mərhələsinə iyulun 21-də yekun vurulacaq.
0
0