Dünya Qadın Seriyası: Azərbaycan mübarizəni dayandırıb
17.08.2024 - 19:20

3x3 basketbol üzrə Azərbaycan millisi Dünya Qadın Seriyasının Bakı mərhələsində növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığmamız C qrupundakı ikinci matçında Ukrayna seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma millinin məğlubiyyəti ilə bitib - 8:21
Daha əvvəl Almaniyanın “Düsseldorf ZOOS” komandasına uduzan Azərbaycan komandası mübarizəni dayandırıb.
Qeyd edək ki, Bakı mərhələsi avqustun 18-də başa çatacaq.
0
0