
Bu gün basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasında Qəbələ mərhələsinə start veriləcək.
Apasport.az xəbər verir ki, 2 gün davam edəcək yarışda 5 milli komanda və 3 klub gücünü yoxlayacaq.
Azərbaycan yığması A qrupunda Portuqaliya millisi, “Baku Flames” və “Varşava Lotto” (Polşa) ilə qüvvəsini sınayacaq.
B qrupunda isə İtaliya, Rumıniya və Polşa milliləri, həmçinin "Barselona Panthers" (İspaniya) münasibətinə aydınlıq gətirəcək.
2 İyun
16:30 Azərbaycan – “Baku Flames”
18:10 “Baku Flames” – “Varşava Lotto”
19:00 Azərbaycan – Portuqaliya
20:00 Portuqaliya - “Baku Flames”
20:50 “Varşava Lotto” – Azərbaycan
Qeyd edək ki, reqlamentə əsasən qrup qalibləri birbaşa yarımfinala vəsiqə qazanacaq. Qrup ikinciləri və üçüncüləri isə bir-biri ilə çarpaz şəkildə 1/4 finalda mübarizəni davam etdirəcəklər.