
FIBA dərəcəli beynəlxalq hakimlərimiz yay aylarında təşkil olunacaq yeniyetmə oğlanlar arasında Avropa çempionatının oyunlarında ölkəmizi təmsil edəcəklər.
Apasport.az xəbər verir ki, beynəlxalq basketbol qurumu FIBA-nın ölkəmizdən seçdiyi üç hakim – Ələkbər Həsənov, Ruslan Xalıqov və Urfan Bayramlı müvafiq olaraq aşağıdakı ölkələrdə keçiriləcək yarışlarda fit sahibi olacaqlar:
Ələkbər Həsənov – Rumıniya, U-20 oğlanlar “B” diviziyonu (12-21 iyul) və Yunanıstan, U-16 oğlanlar “A” divizyonu (9-17 avqust).
Ruslan Xalıqov – Albaniya, U-16 oğlanlar “C” divizyonu (9-14 iyul).
Urfan Bayramlı – Cəbəllütariq, U-16 qızlar “C” divizyonu (9-14 iyul) – Albaniya, U-18 oğlanlar “C” divizyonu (23-28 iyul) – Şimali Makedoniya, U-16 oğlanlar “B” divizyonu (8-17 avqust).