NTD "Abşeron"u məğlub edib
18.01.2025 - 14:55

Azərbaycan Basketbol Liqasının XI turunda NTD "Abşeron" kollektivinə qalib gəlib.
Apasport.az xəbər verir ki,` A qrupunun matçında birincilər 87:77 hesablı qələbəyə seviniblər.
Günün digər oyunlarında "Naxçıvan" "Neftçi" kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşün start fiti saat 16:30-da səslənəcək.
Günün son görüşündə isə "Sumqayıt" "Ordu"nu sınağa çəkəcək. Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək B qrupunun qarşılaşması saat 19:00-da başlayacaq.
Qeyd edək ki, turun açılış matçında "Sabah" "Sərhədçi"ni 85:78 hesabı ilə məğlub edib.
0
0