"Ordu"dan növbəti transfer
25.09.2024 - 11:51

“Ordu” klubu ispaniyalı basketbolçu Roke ilə güclənib.
Apasport.az Bakı təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 182 sm boya malik oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, basketbolçunun sonuncu iş yeri İspaniyanın “Villaqarsiya” komandası olub.
0
0