Paris-2024: Cənubi Sudandan tarixi qələbə
28.07.2024 - 16:31

Basketbol üzrə Cənubi Sudan millisi ilk Olimpiada matçında tarixi qələbə qazanıb.
Apasport.az xəbər verir ki, Cənubi Sudan Puerto Rikonu məğlubiyyətə uğradıb.
Qarşılaşma 90:79 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Cənubi Sudanın Basketbol Federasiyası cəmi 13 il əvvəl, 2011-ci ildə yaradılıb.
0
0