"Quba" klubu gürcüstanlı məşqçi ilə anlaşıb
15.10.2024 - 13:24

“Quba” basketbol klubu gürcüstanlı məşqçi ilə anlaşıb.
Apasport.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Şəhriyar Əsgərova Vasili Çkareuli kömək edəcək.
O, mövsümün sonuna qədər “Quba”da işləyəcək. 1997-ci il təvəllüdlü məşqçi ötən mövsümü Gürcüstanın “Suxumi” klubunda basketbolçu kimi keçirib.
Qeyd edək ki, karyerasını yayda başa vuran V.Çkareuli buna qədər "Suxumi"nin U-22 komandasının baş məşqçisi və "Zaza Pachulia Basketball Academy"də məşqçi kimi fəaliyyət göstərib.
0
0