Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları dəqiqləşib
28.06.2024 - 15:32

Basketbolun 3x3 növü üzrə Qadın Seriyasının Quba mərhələsində iştirak edəcək komandaların adları dəqiqləşib.
Apasport.az xəbər verir ki, yarışda Niderland, Avstraliya, Çin (U-24), Filippin, İran milliləri ilə yanaşı, “Düsseldorf Zoos” (Almaniya), “Çexiya” və “Baku Fleyms” (Azərbaycan) klubları mübarizə aparacaqlar.
Qeyd edək ki, Dünya Qadın Seriyasının Quba mərhələsi iyulun 20-21-də baş tutacaq.
0
0