“Sabah”dan növbəti qələbə
24.12.2024 - 22:46

Bu gün Azərbaycan Basketbol Liqasında IX tura start verilib.
Apasport.az xəbər verir ki, turun ilk günündə bir oyun keçirilib.
Yeganə qarşılaşma Bakıda baş tutub. A qrupunun autsayderi NTD lider “Sabah”a 67:94 hesabı ilə uduzub. "Sabah" 17 xalla A qrupunda liderliyini qoruyub. NTD 10 xalla sonuncu - altıncı pillədə qərarlaşıb
Qeyd edək ki, tura dekabrın 27-də yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
A qrupu
IX tur
24 dekabr
19:00. NTD – Sabah - 67:94 (10:20, 20:22, 19:25, 19:27)
Sərhədçi İdman Mərkəzi
0
0