"Sərhədçi" amerikalı ilə yollarını ayırıb
03.12.2024 - 15:48

"Sərhədçi" klubu ABŞ-li basketbolçusu Dre Ceksonla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Dre Cekson “Sərhədçi”nin heyətində 4 rəsmi oyuna çıxıb.
0
0