10 nəfərlə qazanılan vacib 3 xal
13.05.2023 - 01:23

“Lans” Çempionlar Liqasının qrup mərhələsində oynamağa bir addım da yaxınlaşıb.
Apasport.az saytı xəbər verir ki, “Reyms” üzərində qələbə komandaya 2-ci pillədə möhkəmlənmək şansı yaradıb.
Mövsümün başa çatmasına 3 tur qalmış “Lans” ən yaxın izləyicisini beş xal qabaqlayır. 19-cu dəqiqədən azlıqda qalan ev sahibləri böyük əzmkarlıq göstəriblər. Frankovski və Fofanın vurduğu qollar qələbədə böyük rol oynayıb.
Qeyd edək ki, “Lans” son 8 matçda yeddi dəfə meydanı qalib tərk edib.
“Lans” – “Reyms” – 2:1
Qollar: Frankovski, 40 (pen.). Fofana, 55 – Baloqun, 23 (pen.)
0
0