Altay 4 qol buraxdı, "Mançester Yunayted" məğlub oldu
20.12.2024 - 03:36

İngiltərə Liqa kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, raundun son görüşü Londonda baş tutub.
"Mançester Yunayted" "Tottenhem"lə qarşılaşıb. Matçda qapılara 7 qol vurulub.
"Spurs" 4:3 hesablı qələbəyə sevinib.
Görüşdə "qırmızı şeytanlar"ın qapısını Altay Bayındır qoruyub.
Qeyd edək ki, digər yarımfinalçılar "Arsenal", "Nyukasl" və "Liverpul" olub.
0
0