Amerika Kuboku: Argentinanın rəqibi bəlli oldu
06.07.2024 - 09:55

ABŞ-də təşkil olunan Amerika Kubokunda daha bir yarımfinalçının adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 1/4 finalda Venesuela millisi turnirin debütantı Kanada ilə qarşılaşıb.
Görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında Kanada millisi qələbə qazanıb - 4:3. Beləliklə, Kanada yarımfinalda Argentina yığmasına rəqib olub.
Qeyd edək ki, Argentina - Kanada matçı iyulun 9-da keçiriləcək.
0
0