
İngiltərə Premyer Liqasının XXII turunda Top komandalar uduzub.
Apasport.az xəbər verir ki, Premyer Liqada 13 oyundur uduzmayan "Arsenal" autsayderlərdən olan "Everton"a səfərdə uduzub – 0:1.
"Liverpul" isə "Vulverhempton"a böyük hesabla yenilib – 0:3. Yürqen Kloppun yetirmələri artıq 4 matçdır ki, Premyer Liqada qələbə üzünə həsrətdir.
"Mançester Yunayted" isə ilk dövrədə yenə bilmədiyi "Kristal Pelas"ı bu dəfə öz meydanında 2:1 məğlubiyyətə uğradıb.
Qeyd edək ki, "Arsenal" bundan əvvəl İngiltərə Kubokunda "Mançester Siti"yə 0:1, "Liverpul" isə "Brayton"a 1:2 hesabı ilə məğlub olaraq, həmin turnirlə vidalaşmışdı.