"Arsenal" və "Liverpul"un sabiq futbolçusu müflis elan edildi
02.01.2023 - 21:21

Birminqem Rayon Məhkəməsi "Liverpul"un sabiq yarımmüdafiəçisi Cermeyn Penantı müflis elan edib.
Apasport.az xəbər verir ki, ipoteka ödənişlərini ödəməməsi də daxil olmaqla Penantın 1 milyon funt-sterlinq borcu var.
39 yaşlı Penantın əmlakının müsadirə olunacağı bildirilir.
Qeyd edək ki, Cermeyn Penant “Arsenal”, “Birminqem”, “Stok Siti” klublarında da oynaması ilə tanınır. O, İngiltərənin gənclər yığmasında çıxış edib.
0
0