Avropa Liqasında 2023/2024 mövsümünün ən yaxşı qolu bəlli olub
29.05.2024 - 17:17

UEFA Avropa Liqasında 2023-2024-cü illər mövsümünün ən yaxşı qolu bəlli olub.
Apasport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermə nəticəsində İngiltərənin "Vest Hem" klubunun hücumçusu Məhəmməd Kudusun Almaniyanın "Frayburq" komandasına vurduğu qol ən yaxşı seçilib.
Turnirin 1/8 final mərhələsinin cavab matçına təsadüf edən həmin qarşılaşma London təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Avropa Liqasının qalibi İtaliyanın “Atalanta” klubu olub.
0
0