"Barselona"dan çətin qələbə
28.01.2023 - 21:20

İspaniya La Liqasının XIX turunda lider "Barselona" növbəti qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, "Barselona" səfərdə "Jirona"nın qonağı olub.
Kataloniya klublarının oyununda Pedrinin 61-ci dəqiqədə vurduğu qolla "Barselona" qələbə qazanıb – 1:0.
Qeyd edək ki, cəzalı Robert Levandovskisiz oynayan "Barselona" hazırda turnir cədvəlində 47 xala malikdir.
0
0