"Bayern" evdə xal itirdi, "Volfsburq" yenə darmadağın etdi
25.01.2023 - 01:35

Almaniya Bundesliqasında XVII turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, bu tur lider "Bayern" Münxendə büdrəyib. Komanda yalnız Yozua Kimixin vurduğu mükəmməl qoldan sonra "Köln"ə məğlubiyyətdən qaça bilib – 1:1.
"Hofenhaym" "Ştutqart"la 2:2 oynayıb. Digər iki matçda qonaqlar meydan sahiblərini darmadağın edib. "Leypsiq" "Şalke"ni 6:1, "Volfsburq" isə "Herta"nı 5:0 məğlubiyyətə uğradıb.
Xatırladaq ki, ardıcıl 6 matçdır, Bundesliqada qələbə qazanan "Volfsburq" ötən tur "Frayburq"u 6:0 darmadağın etmişdi.
0
0