Braziliya millisinin hücumçusu üçün DÇ-2022 bitdi
03.12.2022 - 16:00

Braziliya millisi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, pentakampeonların hücumçusu Qabriel Jezus DÇ-2022-ni başa vurub.
Forvard dizindəki zədə üzündən mundialın qarşıdakı görüşlərində forma geyinməyəcək. Qabriel qrup mərhələsinin son turunun Kamerunla matçında xəsarət alıb. Onun 2023-cü ilin yanvarında meydana qayıda biləcəyi gözlənilir.
Qeyd edək ki, Braziliya 1/8 finalda Cənubi Koreya ilə qarşılaşacaq.
0
0